Boru kəmərlərinin diaqnostikası və texniki vəziyyətinin qiymətləndirilməsi
_______________________________________________________________________________
Boru kəmərinin daxili diaqnostikası
Daxili boru diaqnostikası texnologiyası aşağıdakı əsas mərhələləri əhatə edir:
• Asfalt-qatranlı, parafinli və pirofor çöküntülərdən, yad cisimlərdən, şlak və elektrod qalıqlarından təmizlənmə;
• Kalibrasiya (boru kəmərinin minimal keçid kəsiyinin müəyyən edilməsi);
• Profilometriya (əziklərin, qabarların, ovalığın aşkarlanması);
• Boru divarının daxili diaqnostikası üçün maqnit (MFL və TFI) və ultrasəs defektoskoplarının tətbiqi (koroziya, qatların ayrılması, çatlar və çatabənzər qüsurlar və s.);
• Diaqnostik məlumatların deşifrə edilməsi, interpretasiyası və yekun hesabatın hazırlanması.
• Asfalt-qatranlı, parafinli və pirofor çöküntülərdən, yad cisimlərdən, şlak və elektrod qalıqlarından təmizlənmə;
• Kalibrasiya (boru kəmərinin minimal keçid kəsiyinin müəyyən edilməsi);
• Profilometriya (əziklərin, qabarların, ovalığın aşkarlanması);
• Boru divarının daxili diaqnostikası üçün maqnit (MFL və TFI) və ultrasəs defektoskoplarının tətbiqi (koroziya, qatların ayrılması, çatlar və çatabənzər qüsurlar və s.);
• Diaqnostik məlumatların deşifrə edilməsi, interpretasiyası və yekun hesabatın hazırlanması.
Zərurət olduqda boru kəmərinin uzunömürlülük hesabı (qalığı resursu), möhkəmlik hesabı (maksimal icazə verilən iş təzyiqi) və sənaye təhlükəsizliyi üzrə ekspertiza həyata keçirilir.
Ultrasəs qalınlıqölçənlər
Ultrasəs qalınlıqölçən VZLYOT UT – ümumsənaye təyinatlı cihazdır. Müxtəlif materiallardan hazırlanmış məmulat və obyektlərin qalınlığının ölçülməsi, habelə qalınlığı məlum olan materiallarda ultrasəsin yayılma sürətinin müəyyən edilməsi üçün nəzərdə tutulur.
Ultrasəs qalınlıqölçən 38DL PLUS Olympus – universal cihazdır. Tətbiq sahəsi genişdir: korroziyaya uğramış boruların divarlarının nazilməsi üzrə ölçmələrin aparılmasından tutmuş, bir elementli çeviricilər vasitəsilə nazik və ya çoxqatlı materialların yüksək dəqiqliklə qalınlığının ölçülməsinə qədər.
Ultrasəs qalınlıqölçən DM5E – ən sərt şəraitdə işləmək üçün nəzərdə tutulmuşdur. Neft və qaz sənayesində, eləcə də neft-kimya və enerji sənayesi sektorlarında boru kəmərlərinin, təzyiq altında olan qabların və rezervuarların divar qalınlığının ölçülməsi üçün istifadə olunur.
Boru kəmərlərinin daxili diaqnostikası
• Daxili diaqnostika üçün porşen – boru kəmərinin daxili korroziyasının və daxili kəsiyinin bütövlüyünün müəyyən edilməsi üzrə servis işləri.
• İkitərəfli təmizləmə porşenləri – boru kəmərində döngə bucaqlarından asılı olaraq R=5D, R=3D və ya R=1,5D radiuslu variantlarda tətbiq olunur. Boru kəmərlərindəki çöküntülərin və mayelərin təmizlənməsi üçün istifadə edilir.
Ultrasəs Defektoskopları
Ultrasəs defektoskopu A1212 MASTER – qaynaq tikişlərinin nəzarəti, korroziya sahələrinin, çatların, daxili qatların ayrılmasının və digər qüsurların aşkarlanması üçün istifadə olunur. Metal və plastik məmulatlarda materialın davamlılığının və homogenliyinin pozulması tipli defektlərin koordinatlarının müəyyən edilməsi və onların parametrlərinin qiymətləndirilməsini təmin edir. Həmçinin məmulatın qalınlığının ölçülməsi mümkündür.
Ultrasəs defektoskopu UD9812 URALETs – metal və plastik məmulatların 0,5 mm-dən 6000 mm-ə qədər qalınlıqda dağıdıcı olmayan nəzarəti üçün nəzərdə tutulmuşdur. Materialın bütövlüyünün və homogenliyinin pozulması tipli defektlərin aşkarlanmasını təmin edir.
Ultrasəs defektoskopu USD-50 – qaynaq birləşmələrinin və əsas metalın qeyri-dağıdıcı ekspert nəzarəti üçün tətbiq olunur.
Ultrasəs skaner-defektoskop USD-60-8K WeldSpector – avtomatlaşdırılmış və mexanikləşdirilmiş nəzarət kompleksləri tərkibində ultrasəs defektoskopiyası və qalınlıq ölçülməsi üçün istifadə edilir.


